Ən son xəbərlər:

05.12.2023/08:39/ 2024-cü ildə ABŞ Avstraliya birgə hipersəs sınaqlarını keçirəcək

2024-cü ildə ABŞ Avstraliya birgə hipersəs sınaqlarını keçirəcək.

xeberaz.info xəbər verir ki, ABŞ və Avstraliya hərbçiləri 2024-cü ildə hipersəs texnologiyasından istifadə edərək ilk birgə sınaqlarını keçirəcəklər. Bu barədə “Defence News” həftəlik nəşrinə istinadən ABŞ müdafiə nazirinin müavini Haydi Şu bildirib.

Kaliforniya ştatında təşkil edilən forumda çıxış edən Haydi Şu bildirib ki, Biz təcrübələrimizdən bəzilərini Avstraliya Silahlı Qüvvələrinə necə inteqrasiya edə biləcəyimizi öyrənmək üçün çox yaxından işləyirik. O əlavə edib ki, ilk birgə sınaqlar gələn il planlaşdırılır. Bu da iki ölkə arasında hərbi tərəfdaşlığın inkişafında növbəti mərhələ olacaq.

5 Mach-dan çox sürətlə hərəkət edə bilən hipersəsli nəqliyyat vasitələrinin inkişafı ABŞ, Avstraliya və Böyük Britaniyanın daxil olduğu AUKUS üçtərəfli tərəfdaşlığının əsas məqamına çevrilib. Bu yay Pentaqonun nümayəndələri bu sahədə mümkün əməkdaşlığı müzakirə etmək üçün artıq Avstraliyaya səfər ediblər.