Ən son xəbərlər:

04.12.2023/09:39/ Gürcüstanın hakim partiyası hüquqi şəxslərin siyasi qüvvələrə töhfə verməsini qadağan etmək istəyir

Gürcüstanın hakim partiyası hüquqi şəxslərin siyasi qüvvələrə töhfə verməsini qadağan etmək istəyir.

xeberaz.info xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası siyasi partiyaların hüquqi şəxslərdən ianə ala bilməyəcəyi qanun layihəsi təqdim edib. Bu barədə SOVA məlumat yayıb.

Layihədə “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna dəyişiklik təklif edilir. Onların arasında hüquqi şəxslərdən siyasi qüvvələrə maliyyə və maddi ianələrin verilməsinə qadağa da daxildir.

Onlar həmçinin partiyanın icazə verilən illik xərclərinin yuxarı həddinin əvvəlki il üçün ÜDM-in 0,05%-dən 0,04%-ə endirilməsini təklif edirlər.

Bildirilir ki, layihə qəbul olunarsa, Gürcüstan Venesiya Komissiyasının oliqarxların təsirinin azaldılması ilə bağlı tövsiyəsini nəzərə alacaq.