Ən son xəbərlər:

01.12.2023/08:27/ Von der Leyen 2024-cü ildə AB – nin bir milyon mərmi istehsal edə biləcəyinə əmindir

Von der Leyen 2024-cü ildə AB – nin bir milyon mərmi istehsal edə biləcəyinə əmindir.

xeberaz.info xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen əslində Avropa İttifaqının 2023-cü ildə bir milyon mərmi istehsal etmək planını yerinə yetirə bilmədiyini etiraf edib, lakin 2024-cü ildə Aİ-nin istehsalı mütləq ildə 1 milyona çatdıracağına əmin olduğunu bildirib.

O, Avropa Müdafiə Agentliyinin iclasında Aİ-nin gələn il mütləq 1 milyon mərmi istehsal edə biləcəyini bildirib.  Bundan öncə Avropa Şurasının rəhbəri Çarlz Mişel Aİ-nin 2023-cü ilin fevralından 2024-cü ilin fevralına qədər Ukraynaya 1 milyon mərmi ötürmək planının yerinə yetirilə bilməyəcəyini, bunun daha ​​bir neçə ay çəkəcəyini bildirmişdi.