Ən son xəbərlər:

30.11.2023/09:17/ Stoltenberq Putinin Ukrayna ilə bağlı danışıqlarda maraqlı olmadığını bildirib

Stoltenberq Putinin Ukrayna ilə bağlı danışıqlarda maraqlı olmadığını bildirib.

xeberaz.info xəbər verir ki, NATO üzvü olan ölkələr Rusiya ilə sülh danışıqlarına başlamaq üçün Ukraynaya təzyiq göstərmirlər. Bunu Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq deyib.

Hər hansı NATO ölkəsi Ukraynanı danışıqlara sövq edirmi sualına Stoltenberq mənfi cavab verib. Yox. Mesaj ondan ibarətdir ki, biz Ukraynaya hərbi yardım göstərməliyik, çünki bu, sülhə gedən yoldur. Biz bilirik ki, Ukrayna döyüş meydanında nə qədər güclü olsa, danışıqlar masası arxasında bir o qədər güclü olacaq.

Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlarda maraqlı olmadığı fikrini də bildirib. Hələlik biz prezident Putinin Ukraynanın suveren və müstəqil ölkə kimi mövcud olduğu bu münaqişənin sülh yolu ilə həllini istədiyinə dair heç bir siqnal görməmişik. Əgər siz danışıqlar yolu ilə həllini istəyirsinizsə, o zaman prezident Putini inandırmalısınız ki, o, döyüş meydanında qalib gələ bilməz və bunun üçün Ukraynaya hərbi yardım göstərməyə davam etməlisiniz, – NATO-nun baş katibi belə bildirib.