Ən son xəbərlər:

25.10.2023/ 17:40/ Fələstinli analar öz uşaqlarını dünyanın digər anaları kimi sevirlər

Fələstinli analar öz uşaqlarını dünyanın digər anaları kimi sevirlər.

xeberaz.info xəbər verir ki, İordaniya kraliçası Rania CNN telekanalına müsahibəsində İsrailin Qəzza zolağına endirdiyi zərbələr zamanı vəziyyətlə bağlı Qərb ölkələrini ikili standartlarda ittiham edib.

O qeyd edib ki, o, hər kəsə xatırlatmaq istəyir ki, fələstinli analar öz uşaqlarını dünyanın hər hansı digər anaları kimi sevirlər.

Düşünürəm ki, bütün Yaxın Şərqdəki insanlar, o cümlədən İordaniya dünyanın bu fəlakətə reaksiyasından şoka düşüb və məyus olublar. Son iki həftədə biz dünyada ikili standartların şahidi olduq, – Kraliça belə bildirib.