Ən son xəbərlər:

25.10.2023/ 15:42/ Regional sülh və sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin bağlanmasından keçir

Regional sülh və sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin bağlanmasından keçir.

xeberaz.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Qafqaz regionunda sabitliyin təmin edilməsi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə mümkündür. Türkiyəli nazir bu bəyanatları bazar ertəsi Tehranda Cənubi Qafqaz üzrə 3+3 regional məşvərət platformasının

Nazir qeyd edib ki, Türkiyə regionun problemlərinin dialoq yolu ilə həllinin tərəfdarıdır. “Türkiyə regionda davamlı sülhün təmin edilməsi üçün regionun problemlərinin dialoq yolu ilə həllinin tərəfdarıdır”, – deyən Fidan, regional ölkələrin “həll etmək” qabiliyyətinin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsində 3+3 platformasının əhəmiyyətinə işarə edib.

Onun fikrincə, bölgədə əməkdaşlıq və dostluq əlaqələrinin qurulmasına maneələrin aradan qaldırılması ümidvericidir. Nazir qeyd edib ki, normallaşma prosesinin və Qafqazda sülh prosesinin sürətləndirilməsinə regional nəqliyyat əlaqələrinin açılması kömək edəcək.

İclasda beş ölkənin: Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri – Sergey Lavrov, Hüseyn Əmir Abdullahian, Xakan Fidan, Ararat Mirzoyan və Ceyhun Bayramov iştirak ediblər. Gürcüstan tərəfi görüşdə iştirakdan imtina edib.

Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və sonradan “3+3” kimi tanınıb. Rusiya və İran bu ideyanı alqışlayıb və Ermənistan da bu formata qoşulub. Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib. Gürcüstan 2021-ci ildə keçirilən görüşdən və 23 oktyabr 2023-cü ildə xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdən bitərəf qalıb.