Ən son xəbərlər:

25.10.2023/ 07:56/ Bütün Şengen sisteminin “təmirə ehtiyacı var”

Bütün Şengen sisteminin “təmirə ehtiyacı var”.

xeberaz.info xəbər verir ki, Mövcud şəraitdə düzgün işləməsi üçün Şengen Sazişinin bütün aspektləri dəyişdirilməlidir. Bunu Avstriyanın federal kansleri Karl Nehammer Bolqarıstanın Baş naziri Nikolay Denkovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Əlbəttə, bugünkü görüşün mövzusu Şengen zonasının genişləndirilməsi olub. Avstriya burada aydın mövqe tutur: onun genişlənməsi indi baş verə bilməz, – Nehammer belə vurğulayıb.

Hazırda Şengen sistemi pozulub, – Avstriya kansleri belə deyib. Onun sözlərinə görə, bütün Şengen sisteminin “təmirə ehtiyacı var”.

Nehammerin sözlərinə görə, Şengen sazişi xarici sərhədlərin möhkəmləndirilməsi və Şengen ərazisinə daxil olmayan tranzit ölkələrlə qeyri-qanuni miqrantların deportasiyasına dair sazişlərin bağlanması ilə işlək hala gətirilə bilər.