Ən son xəbərlər:

25.10.2023/ 07:51/ İsrailin BMT-dəki daimi nümayəndəsi baş katibi istefa verməyə çağırıb

İsrailin BMT-dəki daimi nümayəndəsi baş katibi istefa verməyə çağırıb.

xeberaz.info xəbər verir ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan dünya təşkilatının baş katibi Antonio Quterreşi vəzifəsindən getməyə çağırıb. O iddia edir ki, BMT baş katibinin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi ona bu vəzifəni tutmağa imkan vermir.

Uşaqların, qadınların və qocaların kütləvi şəkildə öldürülməsi kampaniyasını başa düşməyən BMT-nin Baş katibi BMT-yə rəhbərlik etməyə layiq deyil. Mən onu dərhal istefa verməyə çağırıram, – deyə Erdan X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində belə yazıb.