Ən son xəbərlər:

25.10.2023/ 07:16/ İsrail şimal sərhədlərində qarşıdurma istəmir

İsrail şimal sərhədlərində qarşıdurma istəmir.

xeberaz.info xəbər verir ki, İsrail şimal sərhədlərində qarşıdurma istəmir, lakin şiə Hizbullah təşkilatı onu müharibəyə sürükləsə, Livan bu hərəkətinin əvəzini ödəyəcək. Bu sözləri İsrail prezidenti İsaak Hersoq fransalı həmkarı Emmanuel Makronun yəhudi dövlətinə səfəri zamanı onunla görüşündə deyib.

Biz Livandakı vəziyyəti çox diqqətlə izləyirik və düşünürəm ki, Hizbullah odla oynayır. Mən bunu açıq şəkildə bildirmək istərdim: biz heç kimlə şimal sərhədlərimizdə qarşıdurmaların olmasını istəmirik, çünki hazırkı diqqətimiz radikal Fələstin hərəkatı HƏMAS-ın infrastrukturunu məhv etmək və vətəndaşlarımızı evlərinə qaytarmaqdır.

Lakin Hizbullah bizi münaqişəyə sürükləsə, bunun əvəzini Livanın ödəyəcəyi aydındır. Ola bilməz ki, Livan ərazisində yaşayanlar İsrailə hücumlara görə məsuliyyət daşımayacaq, – yəhudi dövlətinin prezidenti belə bildirib.