Ən son xəbərlər:

25.10.2023/ 06:40/ ABŞ Qabonda avqust hadisələrini dövlət çevrilişi hesab edir

ABŞ Qabonda avqust hadisələrini dövlət çevrilişi hesab edir.

xeberaz.info xəbər verir ki, Amerika administrasiyası Qabonda avqust hadisələrini dövlət çevrilişi hesab edib və bununla əlaqədar ona yardımı dayandırıb. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

ABŞ Qabonda hərbi çevrilişin baş verdiyi qənaətinə gəlib. Birləşmiş Ştatlar Qabon hökumətinə yardım proqramlarının əksəriyyətini dayandırır, – Miller yazılı açıqlamasında belə bildirib.