Ən son xəbərlər:

25.10.2023/ 06:36/ HƏMAS İsraillə uzunmüddətli münaqişəyə hazır olduqlarını bəyan edib

HƏMAS İsraillə uzunmüddətli münaqişəyə hazır olduqlarını bəyan edib.

xeberaz.info xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın bildirdiyinə görə, Fələstinin radikal HƏMAS hərəkatının liderləri onu İsraillə uzunmüddətli qarşıdurmaya hazır olduqlarına əmin ediblər.

Bazar günü axşam HƏMAS-ın siyasi büro rəhbəri İsmayıl Haniyə və İslami Cihad lideri Ziyad əl-Nahalla danışdım, onlar mənə Qəzzada baş verən son hadisələr haqqında məlumat verdilər.

Müqavimət liderləri vurğulayırlar ki, onlar sionist rejimə qarşı uzunmüddətli mübarizəyə hazırdırlar və buna görə də ondan dinc əhaliyə qarşı hücumları dayandırmasını tələb edirlər, – Abdullahiyan Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyənin xarici işlər nazirlərinin “3+3” formatında görüşdən sonra keçirilən mətbuat konfransında belə deyib.