Ən son xəbərlər:

24.10.2023/17:25/ İsveçin NATO üzvlüyünün ratifikasiyası üçün konkret vaxt verilməyib

İsveçin NATO üzvlüyünün ratifikasiyası üçün konkret vaxt verilməyib.

xeberaz.info xəbər verir ki, Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlük protokolunu ratifikasiyası üçün konkret müddət yoxdur. Bu barədə qanunverici orqandakı mənbə xəbər verir.

Prosedur qaydalara görə ərizə parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul olunmalı, sonra baxılmaq üçün Baş Assambleyaya getməlidir. Türkiyə prezidentinin imzası ilə təsdiqləndikdən və dərc edildikdən sonra İsveçin NATO-ya üzvlüyünün Ankara tərəfindən təsdiqlənməsi prosesi başa çatacaq.

İsveç 2023-cü ilin may ayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib, lakin hələ də Macarıstan və Türkiyədən razılıq gözləyir.

Oktyabrın 24-də “Bloomberg” İsveç Nazirlər Kabinetindəki mənbələrə istinadən xəbər verib ki, NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının üzvü olan ölkələrə məktub göndərərək krallığın noyabrın sonunadək bloka qəbul olunmasını tələb edib. Onun sözlərinə görə, baş katib bildirib ki, dövlət alyansa NATO xarici işlər nazirlərinin noyabrın 28-dən 29-dək baş tutacaq iclasından əvvəl qəbul edilməlidir.

Ötən gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentinə İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməyi təklif edib.