Ən son xəbərlər:

24.10.2023/16:58/ İsveç bütün öhdəliklərini yerinə yetirib və NATO-ya üzv olmağa hazırdır

İsveç bütün öhdəliklərini yerinə yetirib və NATO-ya üzv olmağa hazırdır.

xeberaz.info xəbər verir ki, İsveç NATO-ya daxil olmaq üçün üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib və buna görə də Şimali Atlantika Alyansına qoşulmağa hazırdır. Bu barədə blokun baş katibi Yens Stoltenberq məlumat verib.

İsveç bütün öhdəliklərini yerinə yetirdi, konstitusiya və qanunları dəyişdi, Türkiyəyə silah tədarükünə icazə verdi və indi NATO-ya üzv olmağa hazırdır, – Stoltenberq belə bildirib.

Qeyd edək ki, daha əvvəl Bloomberg agentliyi NATO-nun baş katibinin alyansın bütün üzvlərinə məktub göndərərək, İsveçin noyabrın 28-29-dan gec olmayaraq hərbi blokun üzvü olması lazım olduğunu bildirmişdi.

Hazırda Alyansa 31 ölkə daxildir. Assosiasiyaya üzv olan sonuncu dövlət 4 aprel 2023-cü ildə qoşulan Finlandiya olub.