Ən son xəbərlər:

24.10.2023/15:57/ Çinin yeni müdafiə naziri təhlükəsizlik forumunda təqdim olunacaq

Çinin yeni müdafiə naziri təhlükəsizlik forumunda təqdim olunacaq.

xeberaz.info xəbər verir ki, Çinin müdafiə naziri Li Şanfu tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu barədə Çinin dövlət mediası məlumat yayıb.

Müdafiə idarəsi rəisinin yoxa çıxması ilə bağlı şayiələr oktyabrın əvvəlində yaranıb. Jurnalistlər Şanfunun Çin Xalq Respublikası Günü şərəfinə təşkil edilən qala-qəbulda görünmədiyini diqqətə çatdırıblar.

Eyni zamanda, media nazirin gəlməməsinin Çinin strateji raket qüvvələrində aşkar edilmiş korrupsiya ilə bağlı ola biləcəyini irəli sürüb.

Ekspertlərin fikrincə, Baş Qərargah rəisi Liu Zhenli yeni müdafiə naziri ola bilər. O, oktyabrın 29-dan 31-dək keçiriləcək təhlükəsizlik forumunda təqdim olunacaq.