Ən son xəbərlər:

11.10.2023/09:55/ Finlandiya və Estoniya arasındakı Balticconnector dənizaltı qaz kəmərinin zədələnməsinə xarici təsirlər səbəb ola bilər

Finlandiya və Estoniya arasındakı Balticconnector dənizaltı qaz kəmərinin zədələnməsinə xarici təsirlər səbəb ola bilər.

xeberaz.info xəbər verir ki, NORSAR 8 oktyabr 2023-cü il yerli vaxtla saat 1:20-də Baltik dənizində Finlandiya sahillərində ehtimal olunan partlayış aşkar edib, – Norveç seysmoloqları nəşrdə belə bildiriblər.

Qeyd olunur ki, partlayış Estoniyanın Paldiski şəhərindən təxminən 40 km şimalda baş verib. Seysmik hadisənin maqnitudası 1 olub. Nəşr qeyd edib ki, bu, “Şimal axını”nda olan partlayışlardan xeyli zəifdir.

Finlandiya prezidenti Sauli Niiniste daha əvvəl bildirmişdi ki, Finlandiya və Estoniya arasında uzanan Balticconnector dənizaltı qaz kəmərinin zədələnməsinə xarici təsirlər səbəb ola bilər.

Oktyabrın 8-nə keçən gecə Estoniya və Finlandiyanın qaz şəbəkəsi operatorlarının mütəxəssisləri Balticconnector-da atipik təzyiq azalması müşahidə ediblər. Nəticədə hər iki ölkənin boru kəmərinin klapanları bağlanıb və sızma dayandırılıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.