Ən son xəbərlər:

11.10.2023/05:04/ Çin ABŞ-la iqtisadi əlaqələri kəsmək niyyətində deyil

Çin ABŞ-la iqtisadi əlaqələri kəsmək niyyətində deyil.

xeberaz.info xəbər verir ki, Amerika senatorlarından ibarət ikipartiyalı nümayəndə heyətinin rəhbəri, ABŞ Senatında demokrat çoxluğun lideri Çak Şumer Çinin ticarət naziri Vanq Ventao ilə görüşdə Çin tərəfini əmin edib ki, Vaşinqton Pekinlə iqtisadi əlaqələri kəsmək istəmir.  Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Ticarət Nazirliyinin saytında dərc olunan mesajda Şumer Çin tərəfi ilə qarşılıqlı əlaqələri gücləndirməyə hazır olduğunu da bildirib. O, ABŞ və Çin arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Amerika nümayəndə heyətinin rəhbəri Vanq Ventaonu əmin edib ki, ABŞ Konqresi Çin ilə ticarət-iqtisadi sahədə əməkdaşlığa böyük diqqət yetirir.