Ən son xəbərlər:

11.10.2023/04:42/ Finlandiya ruslara məxsus daşınmaz əmlakın müsadirəsi prosesini asanlaşdırmaq istəyir

Finlandiya ruslara məxsus daşınmaz əmlakın müsadirəsi prosesini asanlaşdırmaq istəyir.

xeberaz.info xəbər verir ki, Finlandiyanın ədliyyə naziri Leenu Meri bildirib ki, ölkə hökuməti 2027-ci ildə səlahiyyət müddəti başa çatana qədər ruslara məxsus daşınmaz əmlakın müsadirəsi prosesini asanlaşdırmaq istəyir. Bu barədə YLE ictimai yayım korporasiyası məlumat yayıb.

Hökumət ruslara məxsus daşınmaz əmlakın və mənzil-tikinti kooperativlərindəki payların müsadirə edilməsi prosesini asanlaşdırmağa çalışır, – Meri belə deyib.

İctimai yayım korporasiyasının məlumatına görə, rusiyalı daşınmaz əmlak və mənzil-tikinti kooperativlərindəki pay sahibləri hüquqi öhdəliklərinə getdikcə laqeyd yanaşır. Finlandiya hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Rusiya mülk sahiblərindən pul yığma halları həqiqətən də tez-tez baş verib.

Bundan əvvəl məlum olmuşdu ki, Finlandiya hakimiyyəti Helsinki hava limanında uzun müddət dayanmış avtomobilləri təxliyə edəcək.