Ən son xəbərlər:

09.10.2023/22:53/ Fransa aviaşirkətləri oktyabrın 13-də onlarla reysi təxirə salmaq məcburiyyətində qalıb

Fransa aviaşirkətləri oktyabrın 13-də onlarla reysi təxirə salmaq məcburiyyətində qalıb.

xeberaz.info xəbər verir ki, Fransada bir sıra aviaşirkətlər aviadispetçerlərin oktyabrın 13-də planlaşdırdıqları tətilə görə uçuşları təxirə salmaq məcburiyyətində qalıb. Bu barədə BFMTV xəbər verir.

Mülki Aviasiya Baş İdarəsi hava nəqliyyatı dispetçerlərinin oktyabrın 13-nə planlaşdırdığı tətilə görə aviaşirkətlərin uçuşların sayını azaltmalı olduğunu açıqlayıb.

İkinci ən vacib hava limanında, Paris yaxınlığındakı Orlidə, planlaşdırılmış uçuşların 40%-i ləğv ediləcək.

Marsel-Provence hava limanında uçuşların sayı 20%, şimaldakı Beauvais hava limanında isə 15% azalacaq.