Ən son xəbərlər:

09.10.2023/19:34/ İqtisadiyyat üzrə Nobel mükafatı da öz sahibini tapdı

İqtisadiyyat üzrə Nobel mükafatı da öz sahibini tapdı.

xeberaz.info xəbər verir ki, İsveç Dövlət Bankının 2023-cü il üçün Alfred Nobel mükafatı amerikalı tədqiqatçı Klaudiya Qoldinə verilib. Bu barədə bazar ertəsi Kral Elmlər Akademiyasının Nobel Komitəsi məlumat yayıb.

Mükafat “əmək bazarında qadınların rolu haqqında anlayışın təkmilləşdirilməsinə” görə Klaudiya Qoldinə təqdim ediləcək.