Ən son xəbərlər:

09.10.2023/05:20/ Aİ-nin iqtisadi modelləri müasir tələblərlə uyğunlaşmır

Aİ-nin iqtisadi modelləri müasir tələblərlə uyğunlaşmır.

xeberaz.info xəbər verir ki,Avropada istifadə edilən iqtisadi modellərin qlobal böhranlara, o cümlədən pandemiyaya, Ukrayna ətrafındakı vəziyyətə, sürətlənən inflyasiyaya və Avropadakı enerji böhranına zəif uyğunlaşdığı ortaya çıxıb. Bu fikri Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard “La Tribune Dimanche” nəşrinə müsahibəsində deyib.

Artıq bir neçə ildir ki, dünya daimi böhran yaşayır. Bizim modellərimiz bu böhranların təbiətinə mükəmməl uyğunlaşmır, – Laqard belə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin mərkəzi bankları proqnozlarını tərtib edərkən qlobal böhranları tam nəzərə almayıblar. Mərkəzi banklar və digərləri tərəfindən istifadə edilən makroiqtisadi modellər bu qeyri-müəyyənlik kateqoriyalarını səthi şəkildə nəzərə alıb. Artım və inflyasiya proqnozları verərkən bunları nəzərə almayıb. Biz bu proqnozların dəqiqliyini artırmaq üçün çox çalışırıq, – Laqard belə bildirib.