Ən son xəbərlər:

09.10.2023/04:56/ Finlandiya və Estoniya arasında sualtı qaz kəməri sızma ehtimalına görə bağlanıb

Finlandiya və Estoniya arasında sualtı qaz kəməri sızma ehtimalına görə bağlanıb.

xeberaz.info xəbər verir ki, Finlandiya və Estoniya arasında sualtı qaz kəmərinin istismarı sızma şübhəsi səbəbindən dayandırılıb. Bu barədə Finlandiyanın Gasgrid qaz nəqli sisteminin operatoru şirkətin saytında məlumat verilib.

2023-cü il oktyabrın 8-də Gasgrid Finlandiya və Estoniyanın qaz nəqli sisteminin operatoru Elering iki ölkə arasında dəniz qaz kəmərində təzyiqin qeyri-adi enişini qısa müddət ərzində müşahidə ediblər. Müşahidələr əsasında Finlandiya və Estoniya arasında dəniz boru kəmərinin sızması ilə bağlı şübhələr yaranıb, – məlumatda  belə bildirilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.