Ən son xəbərlər:

05.10.2023/11:15/ Qərb dondurulmuş 300 milyard dollarlıq aktivlərini Kiyevə köçürmək üçün hüquqi əsaslar axtarır

Qərb dondurulmuş 300 milyard dollarlıq aktivlərini Kiyevə köçürmək üçün hüquqi əsaslar axtarır.

xeberaz.info xəbər verir ki, Qərb ölkələri dondurulmuş Rusiya aktivlərinin 300 milyard dollarını Ukrayna rejiminə ötürmək üçün hüquqi əsaslar axtarır. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, dondurulmuş Rusiya aktivlərinin əksəriyyəti Avropada yerləşir. Amma müsadirə hüquqi əsas tələb edir.

Blinken Texas Universitetində çıxışı zamanı deyib: “Bizim və avropalıların bu aktivlərdən Ukraynanın xeyrinə istifadə etmək üçün hansı hüquqi əsaslara malik ola biləcəyini araşdırırıq.

Xatırladaq ki, Estoniya hökuməti daha əvvəl Rusiya əmlakını müsadirə etmək niyyətini açıqlamışdı. Onlar da lazımi hüquqi mexanizm hazırlamaq üçün toplaşıblar.