Ən son xəbərlər:

05.10.2023/06:54/ Almaniya Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır

Almaniya Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır.

xeberaz.info xəbər verir ki, Berlin Ukraynanın taxıl ixracını qorumaq üçün Kiyevi əlavə hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Almaniya Ukraynaya əlavə bir IRIS-T hava hücumundan müdafiə sistemi və ondan çox Gepard özüyeriyən zenit silahı göndərməyi gözləyir. Agentliyin həmsöhbətləri qeyd ediblər ki, silahlar bu ilin sonuna qədər Ukraynaya çatmalı və Ukraynadan Rumıniyaya göndərilən yükləri əhatə etməlidir.