Ən son xəbərlər:

17.08.2023/09:17/ Ukrayna G20 sammitində iştirak etməkdə maraqlıdır

Ukrayna G20 sammitində iştirak etməkdə maraqlıdır.

xeberaz.info xəbər verir ki, Ukrayna hakimiyyəti tərəfdaşlarla G20 sammitində iştirakını müzakirə edir. Bu barədə Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski bildirib. Nazir müavininin  sözlərinə görə, Ukrayna sammitdə iqtisadi problemlər müzakirə olunacağı üçün iştirakda maraqlıdır.

Biz və tərəfdaşlar həm Hindistanla, həm də bu sammitin (G20) iştirakçıları arasında olan digər tərəfdaşlarla dəvət olunanlar arasında olmaq üçün çalışırıq. Biz tərəfdaşlarla birlikdə sammitə dəvət almağa çalışırıq, – Nikolay Toçitski belə bildirib.

Eyni zamanda, bu il G20-yə sədrlik edən Hindistanın xarici işlər naziri daha əvvəl bildirib  ki, Vladimir Zelenski sammitə dəvət olunmayıb, çünki sammitdə zirvədəki kimi qlobal təhlükəsizlik məsələləri deyil, qlobal iqtisadi artım problemləri müzakirə ediləcək.