Ən son xəbərlər:

17.08.2023/06:49/ Çin ABŞ-ın dövlət borcuna investisiyaları minimuma endirib

Çin ABŞ-ın dövlət borcuna investisiyaları minimuma endirib.

xeberaz.info xəbər verir ki,  Çin hökuməti Vaşinqtonla münasibətlərin pisləşməsi fonunda ABŞ-ın dövlət borcuna investisiyasını 14 il ərzində minimuma endirib. Bu barədə Honq-Konqun “South China Morning Post” qəzeti məlumat yayıb.

İyun ayında ABŞ Xəzinədarlıqlarında Çinin payı ardıcıl üçüncü ay azalmaqda davam edib  və  bu  daha 11,3 milyard dollar azalaraq 835,4 milyard dollar təçkil edib.

Pekin hazırda ABŞ borcunun ikinci ən böyük sahibidir.