Ən son xəbərlər:

15.08.2023/08:11/ Almaniya 2027-ci ilə qədər Ukraynaya hər il 5 milyard avro yardım ayıracaq

Almaniya 2027-ci ilə qədər Ukraynaya hər il 5 milyard avro yardım ayıracaq.

xeberaz.info xəbər verir ki, Avqustun 14-də Kiyevdə keçirdiyi brifinqdə federal maliyyə naziri və Almaniyanın Azad Demokrat Partiyasının lideri Kristian Lindner Berlinin lazım olduğu müddətcə Ukraynaya dəstəyini davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Lindner bildirib ki, artıq Almaniyanın Ukraynaya göstərdiyi yardımın ümumi məbləği əhəmiyyətli dərəcədə 22 milyard avro təşkil edir və 12 milyard avro hərbi ehtiyaclar üçün ayrılıb. Ukrayna Maliyyə Nazirliyinin nümayəndələri qeyd ediblər ki, münaqişə zamanı Berlindən yalnız birbaşa büdcə yardımı 1,55 milyard avro təşkil edib.

Federal maliyyə nazirinin bildirdiyinə görə Almaniya Ukraynaya dəstək üçün 2027-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli proqram hazırlayıb. Bu proqram həm hərbi, həm də digər sahələr daxil olmaqla ölkəyə hərtərəfli dəstəyi ehtiva edir və hər il 5 milyard avro yardımın ayrılmasını nəzərdə tutur.