Ən son xəbərlər:

14.08.2023/16:15/ BRİKS-ə müraciət edən bütün ölkələrin nümayəndələri Cənubi Afrikadakı sammitə dəvət olunublar

BRİKS-ə müraciət edən bütün ölkələrin nümayəndələri  Cənubi Afrikadakı sammitə dəvət olunublar.

xeberaz.info xəbər verir ki,  Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə təşkilata müraciət edən bütün ölkələrin nümayəndələri dəvət olunub. Bu barədə TASS-ın Cənubi Afrikadakı diplomatik mənbəsi bildirib.

BRICS-ə üzv olmaq üçün müraciət edən bütün ölkələr dəvət olunub, onların sayı 20-yə yaxındır, hələlik dəqiq rəqəm bilinmir.

İyunun sonunda məlum olub ki, İran və Argentina da BRİKS-ə üzv olmaq istəyiblər, ona görə də potensial üzvlərin siyahısı genişlənib. BRİKS-ə beş ölkə – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir, o, 2006-cı ildə ilk dördünün əməkdaşlığı əsasında yaranıb, 2011-ci ildə isə Afrika dövləti ona qoşulub. BRİKS-in məqsədi siyasi, iqtisadi və beynəlxalq səviyyədə hərtərəfli tərəfdaşlıqdır.