Ən son xəbərlər:

14.08.2023/11:47/ Yaxın günlərdə Putinin Türkiyəyə səfəri gözlənilir

Yaxın günlərdə Putinin Türkiyəyə səfəri  gözlənilir.

xeberaz.info xəbər verir ki,  Türkiyənin “Milliyet” qəzetinin yazdığına görə Türkiyə hökuməti taxıl müqaviləsini bərpa etmək üçün diplomatik işi gücləndirib.

Nəşrin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin  yaxın günlərdə Ankaraya səfər edəcək. Səfərin dəqiq tarixi açıqlanmır. Bu, cənab Putinin Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasından sonra NATO üzvü olan ölkəyə ilk səfəri olacaq.

Avqustun əvvəlində Kreml Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüşə hazırlığı təsdiqləyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə liderlərinin görüşünün Türkiyədə keçiriləcəyini bildirib.

Türkiyə prezidenti görüşün  avqustda baş tutacağını gözləyir. Mətbuat iki ölkə liderlərinin avqustun sonu və ya sentyabrın əvvəlində görüşəcəyini yazıb.