Ən son xəbərlər:

14.08.2023/06:16/ Ukraynada qeyri-qanuni yolla alınan birdəfəlik müavinət geri qaytarılacaq

14.08.2023/06:16/ Ukraynada qeyri-qanuni yolla alınan birdəfəlik müavinət  geri qaytarılacaq.

xeberaz.info xəbər verir ki,  Ukraynanın Təhsil və Elm, eləcə də İqtisadiyyat Nazirlikləri  ukraynalı müəllimlərdən silahlı münaqişə başlayandan sonra verilən 6500 qrivna (təxminən 175 dollar) məbləğində birdəfəlik müavinəti geri qaytarmağı tələb edib. Bu barədə İqtisadiyyat Nazirliyinin məktubunun mətnini dərc edən “Ukrayna xəbərləri” nəşri məlumat yayıb.

Məktubda  bildirilir ki, “İqtisadiyyat Nazirliyinə Təhsil və Elm Nazirliyinin tabeliyində olan, qeyri-qanuni yolla əldə edilmiş 6500 qrivna məbləğində yardımı təcili və tam şəkildə qaytarmağa ehtiyacı olan təhsil işçilərinin yenilənmiş siyahısı təqdim olunub. Əsassız olaraq alınan vəsait geri qaytarılmadığı halda, nazirlik onların məhkəmə yolu ilə tələb olunmasına davam edəcək.