Ən son xəbərlər:

11.08.2023/19:03/ ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir.

xeberaz.info xəbər verir ki, ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib. Buraya daha bir hüquqi və dörd fiziki şəxs daxil olub, müvafiq sənəd Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Siyahıya daxil olan rusiyalı sahibkarlar arasında Petr Aven, Aleksey Kuzmiçev, Mixail Fridman və German Xan da var. Bundan əlavə, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı sanksiyalar altındadır.

Siyahıya daxil olanların aktivləri bloklanıb və onların rezidentlərlə əməliyyatlara girməsi də qadağan edilib.

Sonuncu dəfə ABŞ sanksiyaları iyulun 20-də uzadıb. Daha sonra siyahıya 95 hüquqi şəxs və 14 gəmi daxil edilib.