Ən son xəbərlər:

11.08.2023/14:32/ Türkiyə Rusiyanın iştirakı olmadan Ciddədə keçirilən görüşün heç bir perspektivi olmayacağını bəyan edib

Türkiyə Rusiyanın iştirakı olmadan Ciddədə keçirilən görüşün heç bir  perspektivi olmayacağını bəyan edib.

xeberaz.info xəbər verir ki, Türkiyə nümayəndə heyəti Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı Səudiyyə Ərəbistanında keçirilən görüşdə Rusiyanın iştirakı olmadan tədbirin heç bir perspektivinin olmadığını bəyan edib. Bu barədə “Hürriyet” qəzeti yazır.

Qəzetin yazdığına görə, iclasda iştirak edən ölkələr taxıl müqaviləsi ətrafında vəziyyətin həllini gözləyirdilər.

Əgər Rusiya danışıqlarda iştirak etməsə, o zaman heç bir nəticə və qərar alınmayacaq – bu, Ciddədə elan edilib, – materialda belə deyilir.

Qeyd olunur ki, Çindən gələn nümayəndə heyəti Ankaraya oxşar mövqedən çıxış edib.