Ən son xəbərlər:

03.07.2023/07:19/ Söz azadlığı başqalarını təhqir etmək üçün bəhanə olmamalıdır

Söz azadlığı başqalarını təhqir etmək üçün bəhanə olmamalıdır.

xeberaz.info xəbər verir ki, Roma Papası Fransisk Stokholmda Quranın yandırılması kimi hərəkətlərdən qəzəbləndiyini bildirib. Onun fikrincə, söz azadlığı başqalarını təhqir etmək üçün bəhanə olmamalıdır.

Mən qəzəblənirəm, belə hərəkətlərdən iyrənirəm. Xalqın müqəddəs saydığı hər hansı kitaba möminlərə hörmətlə yanaşılmalıdır. Söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir, – deyə Papa Əmirliyin “Al Ittihad” qəzetinə bildirib.

İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki kafedral məscidi yaxınlığında polisin icazəsi ilə Quran yandırmaq aksiyası keçirib. O, Qurandan vərəqləri cırıb, onlarla ayaqqabısını silib, kitabın içinə bekon qoyub yandırıb. Hakimiyyət hadisəni qanuni, lakin “uyğunsuz” elan edib. İraq İsveçdən mühaciri Qurana hörmətsizlikdə ittiham etmək üçün onu ekstradisiya etməyi tələb edib. Bağdadda etirazçılar İsveç səfirliyinə hücum ediblər. Digər müsəlman ölkələri də hadisəni pisləyib.