Ən son xəbərlər:

03.07.2023/06:50/ Nobel mükafatı alimlərin karyerasına xələl gətirir

Nobel mükafatı alimlərin karyerasına xələl gətirir.

xeberaz.info xəbər verir ki, Nobel mükafatı alimlərin fəaliyyətinə mənfi təsir edir və onların karyerasına xələl gətirir. Bu barədə Stenford Universitetinin professoru Devid Stüdderdin rəhbərlik etdiyi bir qrup amerikalı tədqiqatçı bildirib.

Tədqiqatın müəllifləri 1950-ci ildən 2010-cu ilə qədər tibb və fiziologiya üzrə Nobel mükafatı laureatlarının məlumatlarını təhlil edərək, onları daha bir nüfuzlu mükafat olan Lasker mükafatını alan alimlərin fəaliyyəti ilə müqayisə ediblər.

Məlum oldu ki, Lasker Mükafatı laureatlarının işinin keyfiyyəti, eləcə də onların elmi məqalələrinə istinadlar mükafatı aldıqdan sonra yaxşılaşıb. Onların yaradıcılığının yüksək yeniliyi də qeyd olunub. Eyni zamanda Nobel mükafatı laureatlarında bu rəqəmlər getdikcə azalıb.

Tədqiqatçıların fikrincə, Nobel laureatlarının effektivliyinin aşağı düşməsi mükafatı aldıqdan sonra onların həyatında baş verən dəyişikliklərlə bağlıdır. Xüsusən də belə alimlər dünya şöhrəti qazanır, onlar daha tez-tez müsahibə verməli, mühazirələr oxumalı, ictimai tədbirlərdə iştirak etməli, müxtəlif kommersiya təkliflərinə cavab verməli olurlar. Milli İqtisadi Tədqiqatlar Bürosunun (NBER) nəşrinə görə, nəticədə onlar çoxlu sayda qeyri-elmi fəaliyyətə vaxt və enerji sərf edirlər.