Ən son xəbərlər:

02.07.2023/18:13/ Mik Caqqer 80 illik yubileyi ərəfəsində evlənir

Mik Caqqer 80 illik yubileyi ərəfəsində evlənir.

xeberaz.info xəbər verir ki, Rok-n-roll ulduzları heç vaxt qocalmır. MİR 24 xəbər verir ki, bunu bu ay 80 yaşını qeyd etməyə hazırlaşan Rolling Stones qrupunun lideri bir daha sübut edir.

Yubileydən əvvəl isə Mik Caqqer sevgilisinə evlilik təklifi edib. Onun seçdiyi balerina Melani Hamrikdir, o, yorulmaz rokçudan 43 yaş kiçikdir. Məlum olub ki, cütlük artıq Nyu-Yorkdakı kilsələrin birində nikah bağlayıb. Yeni evlənənlər 2014-cü ildə tanış olublar. Və bir neçə il sonra onların bir oğlu olub. Oğlan Mik Caqqerin sayca səkkizinci övladıdır.