Ən son xəbərlər:

30.06.2023/14:25/ Dünya Bankının Ukraynaya yardım üçün vəsaiti tükənmək üzrədir

Dünya Bankının Ukraynaya yardım üçün vəsaiti tükənmək üzrədir.

xeberaz.info xəbər verir ki, Dünya Bankı (DB) Kiyevə maliyyə yardımı göstərmək üçün daxili imkanlarını tükəndirib. Dünya Bankının Rusiya direktorluğundakı mənbə cümə axşamı TASS-a maliyyə institutunun Yaponiyanın zəmanəti ilə Ukraynaya 1,5 milyard dollar kredit ayırmasını təsdiqləmə qərarını belə şərh edib.

Bu addım bankın öz resurslarının tükəndiyini, həmçinin Ukrayna iqtisadiyyatının vəziyyəti ilə bağlı ciddi riskləri göstərir, – mənbə belə bildirib. O əlavə edib ki, Rusiya tərəfi bu təşəbbüsə qarşı çıxıb.

Direktorluqda xatırladıldığı kimi, aprel ayında beynəlxalq reytinq agentliyi S&P Global Ratings Ukraynanın uzunmüddətli kredit reytinqini mənfi proqnozla CCC+-dan CCC-ə endirib. Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, ötən il Ukrayna ÜDM-də azalma 30,3% təşkil edib.