Ən son xəbərlər:

30.06.2023/11:38/ Qırğızıstanda yarım milyon əhalisi olan innovativ şəhər salınnacaq

Qırğızıstanda yarım milyon əhalisi olan innovativ şəhər salınnacaq.

xeberaz.info xəbər verir ki, Qırğızıstanda yeni Asman şəhəri salınacaq. Burada yarım milyondan çox insanın yaşaya biləcəyi təxmin edilir. MİR 24 xəbər verir ki, təml qoyma mərasimində prezident Sadır Cəfərov iştirak edib.

Şəhər İssık-Kulun şimal sahilində salınacaq, layihəyə əsasən onun dörd zonası olacaq: ticarət, idman, əyləncə və innovasiya zonası. Şəhəri  investorların hesabına tikəcəklər, artıq Koreyadan gələn şirkətlə ilkin razılaşma əldə olunub. O, 10 milyard dollara qədər sərmayə qoymağa hazırdır.

Şəhərin adı – Asman – “səma” kimi tərcümə olunur. Hakimiyyət tikintini səkkiz il ərzində başa çatdırmağı planlaşdırır.