Ən son xəbərlər:

30.06.2023/05:56/ Rusiyanın Avropadakı aktivlərindən gələn gəlirdən Ukraynanın bərpasına sərf oluna bilər

Rusiyanın Avropadakı aktivlərindən gələn gəlirdən Ukraynanın bərpasına sərf oluna bilər.

xeberaz.info xəbər verir ki, Slovakiyanın baş naziri Ludovit Odor Avropa ölkələrində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynanın bərpasına sərf etmək təşəbbüsü ilə çıxış edib.

Odor qeyd edib ki, hazırda Rusiyanın aktivlərinə toxunmağa dəyməz.

Amma onlardan gələn gəlirə gəlincə, mən təsəvvür edə bilərəm ki, onlar Ukraynanın maraqları üçün istifadə olunacaq, – Odor belə qeyd edib.

Bundan əvvəl Estoniya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək məqsədilə istifadə etmək üçün hüquqi sxem hazırlayıb.

Paralel olaraq Avropa İttifaqı Rusiya dövlətinin və iri sahibkarların aktivlərindən istifadə üçün hüquqi baza hazırlayır.