Ən son xəbərlər:

30.06.2023/05:10/ Milyarder Makarov Rusiya vətəndaşlığından imtina etdi

Milyarder Makarov Rusiya vətəndaşlığından imtina etdi.

xeberaz.info xəbər verir ki, Milyarder, “Areti” enerji şirkətinin təsisçisi İqor Makarov Rusiya vətəndaşlığından imtina edib və Kipr vətəndaşı olaraq qalıb. Bu barədə “Forbes” məlumat yayıb.

Qeyd edilir ki, Makarovun sərvəti 2,1 milyard dollardır, o, planetin ən varlı adamları reytinqində 1468-ci yerdədir.

Oktyabr ayında rusiyalı iş adamı, DST Global investisiya fondunun sahibi Yuri Milner  də Rusiya vətəndaşlığından imtina etdiyini açıqlamışdı.