Ən son xəbərlər:

30.06.2023/04:56/ Brüsseldəki iğtişaşlarda on nəfər saxlanılıb

Brüsseldəki iğtişaşlarda on nəfər saxlanılıb.

xeberaz.info xəbər verir ki, İyunun 29-da axşam Brüsseldə küçə iğtişaşları baş verib, bir neçə avtomobil yandırılıb, on nəfər polis tərəfindən saxlanılıb.

Bu barədə TASS məlumat yayıb.Agentliyin məlumatına görə, gün ərzində sosial mediada Fransadakı kimi küçələrə çıxmaq çağırışları yayılıb.

Gənclər paytaxtın müxtəlif rayonlarında toplaşaraq polisi təxribata çəkirlər, – məlumatda belə deyilir.

Qeyd olunur ki, hazırda Brüsseldə Aİ-nin dövlət və hökumət başçılarının Ukraynadakı vəziyyətə və miqrasiya problemlərinə həsr olunmuş ikigünlük sammiti keçirilir.

Bundan əvvəl Fransanın bir yeniyetmənin qətlindən sonra yaranan iğtişaşlara görə 40 min polis əməkdaşının yerləşdiriləcəyi bildirilmişdi.

Fransanın Nanter şəhərində polisin yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etdiyi barədə də xəbərlər var.