Ən son xəbərlər:

29.06.2023/06:38/ Madonna təhlükəli bakterial infeksiya ilə xəstəxanaya yerləşdirilib

Madonna təhlükəli bakterial infeksiya ilə xəstəxanaya yerləşdirilib.

xeberaz.info xəbər verir ki, Amerikalı müğənni Madonna huşsuz vəziyyətdə tapılaraq Nyu York xəstəxanasına yerləşdirilib. Müğənninın meneceri Qay Osirinin sözlərinə görə, onda ciddi bakterial infeksiya yaranıb.

Osirinin sözlərinə görə, 64 yaşlı Madonna ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və bir neçə gün reanimasiya şöbəsində qalıb. Hazırda müğənni özünə gəlib. Həkimlər onun vəziyyətini nəzarətdə saxlamaqda davam edirlər

“O, hələ də həkim nəzarətindədir. Biz tam sağalmanı gözləyirik”, – Osiri sosial şəbəkələrdə belə yazıb.

PageSix-in məlumatına görə, müğənninin yanında onun qızı, model Lourdes Leon qalır.