Ən son xəbərlər:

27.06.2023/14:53/ Avropa İttifaqı iqlim dəyişikliyi ilə mübarizə yollarının effektivliyini sınaqdan keçirmək niyyətindədir

Avropa İttifaqı  iqlim dəyişikliyi ilə mübarizə yollarının effektivliyini sınaqdan keçirmək niyyətindədir.

xeberaz.info xəbər verir ki, Avropa İttifaqı beynəlxalq ictimaiyyətlə birlikdə iqlim dəyişikliyi ilə mübarizənin bəzi yollarının effektivliyini sınaqdan keçirmək niyyətindədir – xüsusən də Aİ Yerə çatan günəş işığının miqdarını azaltmaq üçün stratosferə aerozol səpmək imkanını istisna etmir. Bu barədə Bloomberg məlumat yayıb.

Çərşənbə günü Aİ sürətli qlobal istiləşmənin təsirlərini qiymətləndirmək üçün çərçivə elan edəcək. İqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün Avropa İttifaqı geomühəndisliyə müraciət edə bilər və bunun ətrafında şiddətli müzakirələr alovlanır. Geomühəndislik iqlim şəraitinin normallaşdırılmasına töhfə vermək üçün nəzərdə tutulmuş tədbirlər kompleksini nəzərdə tutur.

Potensial variantlar arasında Yer səthinə çatan günəş işığının miqdarını azaltmaq üçün atmosferdə hissəciklərin konsentrasiyasının artırılmasını nəzərdə tutan stratosfer aerozolunun tətbiqi daxildir. Bəzi elm adamları iqlim dəyişikliyi ilə mübarizədə bu cür üsullardan istifadəni qadağan etmək üçün beynəlxalq razılaşmaya çağırıblar.