Ən son xəbərlər:

26.05.2023 /10:03/ Aİİ daxilində inteqrasiya yalnız iqtisadi yolla baş verməlidir

Aİİ daxilində inteqrasiya yalnız iqtisadi yolla baş verməlidir.

Qazaxıstan hər hansı bir “birlik dövlətləri”nə daxil olmaqdan imtina edir

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Qazaxıstan heç bir ittifaq dövləti yaratmaq fikrində deyil. Bu barədə respublika prezidentinin mətbuat katibi Ruslan Jeldibay sosial şəbəkələrdə məlumat verib.

Mayın 24-də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Moskvada Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edib.

Daha sonra o, Avrasiya İqtisadi İttifaqının (Aİİ) strukturunda “Rusiya və Belarusun İttifaq Dövləti assosiasiyası” olduğuna diqqət çəkib. Tokayev Moskva ilə Minsk arasında belə münasibətləri “fenomen” adlandırıb.

Jeldibayın qeyd etdiyi kimi, Tokayevin əsas mesajı ondan ibarətdir ki, Aİİ daxilində inteqrasiya “yalnız iqtisadi yolda” baş verməlidir.

Aİİ-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan daxildir. Bu il Moskva birliyin orqanlarına sədrlik edir.