Ən son xəbərlər:

20.05.2023 /02:47/ Ərdoğan üçüncü müddətə prezidentliyə namizəd olmaq fikrində deyil

Ərdoğan üçüncü müddətə prezidentliyə namizəd olmaq fikrində deyil.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü CNN telekanalına müsahibəsində yenidən seçiləcəyi təqdirdə üçüncü prezidentliyə namizəd olmayacağını bildirib.

Mövcud qaydalara görə, prezident yalnız iki dəfə seçilə bilər. Mənim birinci müddətim başa çatdı, indi ikinci müddətə seçkilər var.

İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq, – deyə aparıcının 2033-cü ilə qədər ölkəyə rəhbərlik etməyi planlaşdırıbmı, ilə bağlı sualına cavabında belə bildirib.