Ən son xəbərlər:

18.05.2023 /20:14/ Ukrayna Silahlı Qüvvələri “Storm Shadow” raketlərindən istifadə etməyə başladı

Ukrayna Silahlı Qüvvələri “Storm Shadow” raketlərindən istifadə etməyə başladı.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Ukrayna Britaniya tərəfindən təchiz edilmiş “Storm Shadow” qanadlı raketlərindən istifadə etməyə başlayıb.

Mən başa düşdüyüm kimi, onların Ukraynaya verilməsi elan edildikdən sonra  sifarişlər verilmişdir, – Uolles TASS-a istinadən belə deyib.

Mayın 15-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri iki “Storm Shadow” qanadlı raketindən istifadə etməklə Luqanska raket hücumu həyata keçirib.