Ən son xəbərlər:

21.04.2023/ 18:15 / Almaniya Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində əməliyyat keçirməsinə icazə verdi

Almaniya Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində əməliyyat keçirməsinə icazə verdi.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin rəhbəri Pistorius Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasında əhaliyə təhlükə yaratmadan əməliyyat keçirməsinə icazə verib.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki əməliyyatlarına mülki vətəndaşlar zərər çəkmədiyi təqdirdə icazə verilir. Bunu ZDF telekanalının efirində Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Bu cür hərbi toqquşmalarda hücuma məruz qalan tərəfin, məsələn, təchizat xətlərini kəsmək üçün düşmən ərazisinə doğru irəliləməsi tamamilə normaldır, – deyə nazir bildirib.

O, bu cür əməliyyatların şəhərlərə və mülki şəxslərə yönəlmədiyi müddətcə icazəli olduğunu vurğulayıb.

Bundan əvvəl Pistorius Ukraynanın məhv olması şərtini açıqlaımışdı. Onun fikrincə, Qərb silahlarının tədarükünün dayandırılması Kiyevin məhv olması demək olardı.