Ən son xəbərlər:

21.04.2023/ 15:37 / Çinin Ukrayna ilə bağlı planındakı bir sıra məqamlar gələcək sülh səyləri üçün əsas ola bilər

Çinin Ukrayna ilə bağlı planındakı bir sıra məqamlar gələcək sülh səyləri üçün əsas ola bilər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, ÇXR-in Ukrayna üçün təqdim etdiyi sülh planının bəzi müddəaları gələcək sülh səyləri üçün əsas ola bilər.

Çinli həmkarlarımızın təqdim etdiyi sülh planının bəzi müddəaları gələcək sülh səyləri üçün əsas ola bilər, – Qaluzin belə deyib.

O, çinli tərəfdaşlara Ukrayna böhranının həllinə töhfə vermək niyyətinə görə təşəkkür edib.

Fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti həll etmək üçün təkliflər dərc edib.

Sasakava Sülh Fondunun baş tədqiqatçısı Taisuke Abiru Çinin ABŞ-ın himayəsi altında mövcud olan dünya nizamına alternativini nümayiş etdirmək üçün Ukrayna probleminin həlli üçün sülh planı təklif etdiyi barədə fikir bildirib.