Ən son xəbərlər:

21.04.2023/ 15:21 / Yaponiya G7 embarqosunun genişlənməsi ilə Rusiyaya işlənmiş avtomobillərin tədarükünü qadağan edə bilər

Yaponiya G7 embarqosunun genişlənməsi ilə Rusiyaya işlənmiş avtomobillərin tədarükünü qadağan edə bilər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Yaponiya hökuməti, əgər G7 Rusiyaya malların ixracına demək olar ki, tam qadağa qoymağa qərar verərsə, işlənmiş avtomobillərin tədarükünü qadağan edə bilər. Bu barədə Kyodo məlumat yayıb.

TASS-ın məlumatına görə, hazırda Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar anti-Rusiya sanksiyaları çərçivəsində Rusiyaya dəyəri 6 milyon yenidən (hazırkı məzənnə ilə təxminən 45 min dollar) olan avtomobillərin ixracını dayandırıb.

Yaponiya hökumətindəki mənbələr Kyodo-ya görə təsdiqləyiblər ki, Rusiyaya malların ixracına demək olar ki, tam qadağanın tətbiqi imkanları G7 nümayəndələri səviyyəsində müzakirə olunur.

Qeyd olunur ki, Yaponiya may ayında G7 sammitini keçirməyi planlaşdırır.