Ən son xəbərlər:

21.04.2023/ 15:07 / Böyük Britaniya baş nazirinin müavini Raab davranışı ilə bağlı araşdırmalardan sonra istefa verib

Böyük Britaniya baş nazirinin müavini Raab davranışı ilə bağlı araşdırmalardan sonra istefa verib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Böyük Britaniya baş nazirinin müavini Dominik Raab ona qarşı nalayiq davranış iddiaları ilə bağlı aparılan araşdırmadan sonra istefa verib.

“Adam Tolley araşdırması nəticəsində ortaya çıxan hesabatı aldıqdan sonra hökumətdən istefa vermək üçün yazıram. Mən istintaqa çağırdım və zorakılıq üzə çıxsa, istefaya getməyə söz verdim. Əminəm ki, sözünüzü tutmaq vacibdir”, – o, Twitter-də paylaşdığı bəyanatda bildirib.

Sky News-un məlumatına görə, Raabla bağlı şikayətlər keçən ilin noyabrına təsadüf edir, o zaman məmurun keçmiş əməkdaşları onun şöbəsində qorxu mədəniyyəti yaratdığını demişdilər.

Raab özü belə ittihamları rədd edib, bundan sonra özü də bu məsələ ilə bağlı araşdırma aparılmasını xahiş edib.