Ən son xəbərlər:

21.04.2023 /06:55/ Göygöl rayonunda aparılan islahatlar öz bəhrəsini verir

Göygöl rayonunda aparılan islahatlar öz bəhrəsini verir.

xeberaz.info Göygöl Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Göygöl rayonu Azərbaycanın Qarb bölgəsində yerləşən  təbiəti baxımından zəngin ərazidir. Bu rayonda son illərdə heyvandarlığın inkişafı istiqamətində  mühüm addımlar atılır.

Göygöl rayonunda kənd təsərrüfatının inkişafı rayonun iqtisadi və təbii sərvətlərinin artmasına öz töhfəsini verir. Bundan əlavə, bu inkişaf kənd təsərrüfatı sahəsində iş yerlərinin yaradılmasına və əhalinin sosial iş səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir.

Heyvandarlıq kənd təsərrüfatının əsas sahəsi olmaqla əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Heyvandarlıq məhsullarının istehsalının artırılmasının həlli yollarından biri mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasıdır. Göygöl rayonunda bu məqsədlə bir sıra işlər görülmüş, fiziki və hüquqi şəxslər tərəfindən 2023-cü ilin ilk üç ayında xaricdən gətirilən damazlıq heyvanlardan lizinq yolu ilə 31 baş alınmış və damazlıq heyvanların sayı artırılaraq 987 başa çatdırılmışdır. Rayonda hal-hazırda 19326 baş iribuynuzlu, o cümlədən 9764 baş ana mal, 125716 baş qoyun və keçi, 177624 baş ev quşları, 8790 yeşik arı ailəsi mövcuddur.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, 2023-cü ilin ilk üç ayda ət istehsalı 846,3 ton, süd istehsalı 3569.4 ton, yun istehsalı 177.5 ton, yumurta istehsalı isə 3027 min ədəd olmuşdur.

Göygöl rayonunda mütəxəssislər tərəfindən cari ilin üç ayı ərzində 408 baş heyvanda süni mayalanma işi aparılmış və 224 baş bala alınmışdır.

Süni mayalanma yolu ilə alınmış hər baş sağlam buzova görə heyvan sahiblərinə 100 manat məbləğində subsidiya müəyyən edilmişdir.

Respublikada və eləcə də Göygöl rayonunda aqrar sahədə aparılan islahatlar onu deməyə əsas verir ki, heyvandarlığın bütün sahələri dinamik inkişaf etdirilməkdədir.