Ən son xəbərlər:

19.04.2023/ 20:28 / NATO yalnız münaqişə bitdikdən sonra Ukraynanı bloka qəbul etmək barədə düşünə bilər

NATO yalnız münaqişə bitdikdən sonra Ukraynanı bloka qəbul etmək barədə düşünə bilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Çexiya prezidenti Petr Pavel bildirib ki, Şimali Atlantika Alyansı yalnız Ukrayna münaqişəsi başa çatdıqdan sonra Ukraynanın bu bloka qoşulması imkanlarını nəzərdən keçirə biləcək. TASS xəbər verir ki, Çexiya lideri bu barədə NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra bildirib.

NATO ölkələri Ukraynanı alyansa qəbul etmək barədə yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra düşünə biləcəklər, – Pavel belə vurğulayıb.

Daha əvvəl “Financial Times” mənbələrə istinadən yazıb ki, ABŞ, Almaniya və Macarıstan Polşa və Baltikyanı ölkələrin Ukraynanın NATO-ya daxil olması ilə bağlı təkliflərinə qarşı çıxıblar.